Aydın Mirzəzadə: “Azərbaycanı Avropadan qoparmaq istəyi baş tutmayacaq” AÇIQLAMA
"Ümumiyyətlə "Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Yay sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirə edilməsi adi bir prosedur qaydasıdır. Yəni Avropa Şurasına qəbul olunan hər bir üzv dövlət müəyyən dövrdən bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı hesabat verir. Əvvəllər bu ildə iki dəfə idisə, indi artıq bir neçə ildə bir dəfə keçirilir. Hətta Türkiyədə 30-40 ildən sonra bu prosedur dayandı. Amma yanaşma məsələsində Azərbaycan hökumətinin bəzi Avropa nümayəndələrinə kifayət qədər iradları var. Yəni Azərbaycanda heç vaxt olmayanlar ölkəmizlə bağlı məlumatı qərəzli mənbələrdən əldə edərək dövlətimizə qarşı ittihamlar irəli sürməyə başlayırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, onlar Azərbaycanda gedən islahatları, söz və mətbuat azadlığının olduğunu görmək istəmirlər: "Hətta vəziyyət o yerə gəlib çatıb ki, onlar Dağlıq Qarabağ məsələsini ancaq keçmiş DQ vilayəti ərazisi kimi başa düşürlər. Ətraf 7 rayonun işğalını və bir milyon 200 min insanın öz torpağında yaşamaq hüququndan məhrum olmasını nəzərə almağa çalışmırlar. Əgər onların torpaqlarının bir hissəsi işğal olunub, ölkədə qaçqınlıq problemi olsaydı, insan hüquqlarından hansı formada danışacaqdılar. Bu məsələdə Azərbaycan və Ermənistan arasında fərq qoymurlar. Bu gün Ermənistanda insanlar qətlə yetirilir. İşğalçı ölkədə 100 faiz cəmiyyət ancaq ermənilərdən ibarətdir. Amma bunu nədənsə həmin o dairələr görmək istəmir. Azərbaycana qarşı edilən ittihamların əsası yoxdur. Ölkəmizdə insan hüquqları qorunur, söz-mətbuat azadlığı var və demokratik seçkilər keçirilir. Bu gün Azərbaycan Avropanın bir hissəsidir. Azərbaycanı Avropadan qoparmaq istəyi baş tutmayacaq. Onların məqsədi Azərbaycan təzyiq etmək və ölkəmizi qapalı bir dövlətə çevirməkdir. Görünür Avropada hansısa dairələr Azərbaycanın qısa bir zamanda inkişaf etmiş bir dövlətə çevrilməsini həzm edə bilmirlər".
A.Mirzəzadə əlavə edib ki, bunların arxasında bir neçə məsələ durur: "Birincisi, Azərbaycana qarşı azğın təbliğat kampaniyası aparan erməni diasporası təşkilatlarıdır. Onların yüz illərlə Avropada yaşayan nümayəndələri var və hakim dairələrə təsir etmək imkanları var. İkincisi, Azərbaycanın inkişafını qəbul etməyən anti Azərbaycan mərkzələrdir. Vaxtaşırı özünü bu və ya digər məsələdə göstərir. Hətta I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi belə, onların qıcığına və psixoloji gərginliyinə səbəb olur. Üçüncüsü isə məlumatsızlıqdan irəli gələn məsələdir. Hesab edirəm ki, ümumən götürdükdə bütün bu faktorlar orada rol oynayır. Amma nə deməsində asılı olmayaraq, Azərbaycan heç zaman qapalı izolyasiya edilmiş bir cəmiyyət qurmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB