Yurddaş Partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi
- Mais bəy, "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyov yenə də öz ənənəvi mövqeyindən çıxış edərək erməniləri dostu adlandırıb. Bunu həm də "Milli Şura"nın mövqeyi kimi qiymətləndirmək olarmı?
- Rüstəm İbrahimbəyov "Milli Şura" adlı bir qurumu yaradan bir adamdır. "Milli Şura"nın yaradılması ideyası və təşkilatçılıqı da ona məxsusdu. Maddi və mənəvi dəstəyi isə Rusiyadakı erməni diasporasından alır. Bu baxımdan Rüstəm İbrahimbəyov erməniləri dostu, qardaşı adlandırması "Milli Şura"nın mövqeyi deməkdir. Ümumiyyətlə, R.İbrahimbəyov Azərbaycana heç bir adiyyatı yoxdur. Onu azərbaycanlı və Azərbaycan ziyalısı hesab etmək mümkün deyil. Ermənilər bizim düşmənimizdi və belə bir dönəmdə R. İbrahimbəyov kimi bir adamın ortaya düşüb erməniləri tərifləməsi və dostluqdan danışması heç də təəccüblü deyil. Çünki bu adamın bütünlüklə ətrafı ermənilərdən ibarətdir.
- Cəmil Həsənlidə Rüstəm İbrahimbəyovun ermənilərlə bağlı mövqeyini müdafiə edib. Demək olarmı bu cür yanaşma sifarişi Cəmil Həsənli, Əli Kərimli tərəfindən Rüstəm İbrahimbəyova çatdırılıb?
- "Milli Şura" adlı bir qurumda olan şəxslər əgər R.İbrahimbəyovun mövqeyini tənqid və etiraz etmirlərsə onda həmin şəxslərin özləri də bu mövqei bölüşürlər. O cümlədən, Əli Kərimli və Cəmil Həsənlidə R.İbrahimbəyovla həmfikirdirlər. Belələrinə ancaq bir ad vermək olar: Erməni dəyirmanına su tökənlər.
- Sizcə, nəyə görə müxalifət öz maraqlarını xarici qüvvələrdən dəstək almaqla həll etməyə çalışır?
- Müxalifət partiyaları heç bir siyasi gücə malik deyillər. Onların açınacaqlı duruma düşmələrinin səbəbləri məhz özlərinin səh, düşnülməmiş siyasətləridir. Fəaliyyətlərini Azərbaycanın siysi gerçəkliyi üzərində deyil, maddi yardımlar aldıqları xarici qüvvələrin istək və tələbləri üzərində qururlar. Bu da Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, dövlətimizin milli maraqlarına yaddır. Belə uyğunsuz yol tutmalarıdır ki, cəmiyyət müxalifəti qəbul etmir. Ümumilikdə götürsək, demək olar ki, bu günə qədər müxalifət qüvvələri tərəfindən atılan addımlar onları uğursuzluğa aparıb və bundan sonrada belə olacağı şübhəsizdir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB