Adil Əliyev: "Avtomobilsiz 20 gün" kampaniyası müsbət nəticə verəcək” MÜNASİBƏT

Adil Əliyev: "Avtomobilsiz 20 gün" kampaniyası müsbət nəticə verəcək” MÜNASİBƏT

"Bu cür layihələr inkişaf etmiş bir çox ölkələrdə həyata keçirilir. Möhtəşəm tədbir ərəfəsində bu kimi tədbirlərin ölkəmizdə də reallaşması təbii ki, müsbət nəticə verəcək". Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Bakı şəhər Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək "Avtomobilsiz 20 gün" kampaniyasına münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu tədbirin reallaşdırılması tıxacların aradan qaldırılması ilə yanaşı həm də ekoloji təmizliyin təminatına səbəb olacaq: "Əlbəttə, bu təqdirəlayiq haldır. Biz də Dövlət Yol Polisinin bu addımını dəstəkləyir və həmin kampaniyaya böyük məmnuniyyətlə qoşulacağıq".

Adil Əliyev eyni zamanda təkliflə də çıxış edərək bildirib ki, belə halların ənənəvi hal daşıması üçün müəyyən maarifləndirici işlərin aparılması zəruridir: "Belə ki, I Avropa Oyunlarında iştirak edən könüllülər yol polisi əməkdaşları ilə birgə şəhərdə hərəkət edən avtomobil sahiblərinə yaxınlaşaraq həmin kampaniya barədə geniş məlumat verməli, insanları maarifləndirməlidirlər. Kütləvi informasiya vasitələri isə mütəmadi olaraq bu barədə məlumatlar yaymalıdırlar. Hesab edirəm ki, bu çox uğurlu və yerində atılmış addımdır"

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə