Niyaməddin Orduxanlı: “Əli Kərimli üçün heç bir mənəvi dəyər yoxdur” AÇIQLAMA
"Orxan Baxış adlı gəncin Əli Kərimli haqqında dediklərinə birmənalı inanmaq lazımdır. Əli Kərimlini yaxından tanıyan hər kəs bilir ki, bu adam ömür boyu gəncləri istismar edib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Orxan Baxışın Əli Kərimlinin gəncləri Mərkəkandakı bağ evində işlətdiyinə dair iddialarına münasibət bildirərkən deyib.
BAXCP rəsmisinin sözlərinə görə, Əli Kərimli həyat təcrübəsi az olan gənclərdən özünün siyasi məqsədləri üçün istifadə edib: "Gəncləri nəinki Mərdəkandakı bağ evinə, həbsxana divarlarına da göndərib. Son illərdə Əli Kərimli bir neçə gəncin həyatını məhv edib. Ancaq bir dəfə də olsun, həmin gəncləri türmədə ziyarət etməyib. Bu adam üçün heç bir mənəvi dəyər yoxdur. Öz oğlunu İngiltərədə yüksək təminatla yaşadır. Bir ili yüz minlərə avroya başa gələn unversitetdə oxutdurur. Ancaq siyasi təcrübəsi olmayan gəncləri istismar edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB