DSX rəisi Gürcüstanın generalı ilə görüşdü

DSX rəisi Gürcüstanın generalı ilə görüşdü

Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gür­cüstan Sərhəd Polisinin rəsi general-mayor Zurab Qa­me­zar­daş­vi­linin baş­çılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. SİA-nın xidmətin saytına istinadən verdiyi xəbəə görə, həmin gün DSX aparatında Azərbaycan və Gürcüstan nümayəndə hey­ətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Res­pub­li­ka­sı­nın Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli mü­nasibətlərin vəziyyəti müzakirə olunmuş, qarşılıqlı faydalı əmək­daş­lı­ğın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.

Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əmə­liy­yat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair geniş fikir mü­ba­diləsi aparılıb, dövlət sərhədin­də beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qa­çaq­mal­çı­lı­ğa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin tək­mil­ləş­di­ril­məsinin əhəmiyyəti qeyd olunub.

Cari ilin iyun ayında Azərbaycan Respublikasında 1-ci Avropa Oyun­larının təşkili və ke­çirilməsi ilə əlaqədar Azərbaycan-Gür­cüstan döv­lət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əla­qənin daha da­ gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə