Aydın Hüseynov: “Hər bir Azərbaycan vətəndaşı öz bayrağını qorumalıdır” AÇIQLAMA

Aydın Hüseynov: “Hər bir Azərbaycan vətəndaşı öz bayrağını qorumalıdır” AÇIQLAMA

"Bayraq dövlətin əsas atributlarından biridir və bizim qürur mənbəyimizdir. Kütləvi tədbirlərdə iştirak edərkən bayrağı vətənin bir parçası kimi qəbul etməlidir". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, dövlət rəmzlərinə ciddi fikir verilməlidir: "Qalib gələn idmançılarımız və məşqçilər dövlət rəmzlərinə, atributlara qarşı diqqətli olmalıdırlar. Dövlətin atributu və vətənin bir parçası olduğu üçün bayraqdan istifadə edərkən diqqətli olmaq lazımdır. Elə etməliyik ki, hər bir vətəndaş, xarici qonaq üçrəngli bayrağımıza hörmətlə yanaşsın. Bayrağımızı dalğalandıran, daşıyan idmançılarımız diqqətsizlik etməməli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Baş geyimlərində, futbolkalarda bayrağımızın həkk olunması, yaxud kiçik ölçülü bayraqların istehsalı çox gözəl ənənədir. Bayrağımız yüksək səviyyədə, laiq olduğu tərzdə qorunmalıdır. Qalib gələn idmançılarımız bayrağımızı dalğalandıran zaman da məlumatlı olmalıdır. İlk növbədə məşqçiləri onların çiyninə bayrağımızı sərərkən diqqətlə yanaşmalıdır. Üçrəngli bayrağımızın atributa uyğun olaraq ilk öncə mavi rəngi, onun altında qırmızı və ən sonda isə yaşıl rəngi və ay-ulduzu yer almalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə