Oqtay Əsədov: “Bələdiyyələrin gücünü artıra bilmirik”

Oqtay Əsədov: “Bələdiyyələrin gücünü artıra bilmirik”

Azərbaycanda bələdiyyələrin sayı həddən artıq çox, ancaq gücləri azdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

Spiker xatırladıb ki, dövlət başçısı da çıxışında bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılığını bildirdi: "Qanunvericilik səviyyəsində bələdiyyələr haqqında hansısa addımların atılması barədə fikirləşmək lazımdır. Bələdiyyələrin gücünü artıra bilmirik. Kiçik kəndlərdə bələdiyyələri birləşdiririk, ancaq kifayət etmir. Bələdiyyələrin işi olmalıdır və parlament də bununla bağlı qanunvericilik səviyyəsində addımlarına davam etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə