“Avropa Oyunları: Gözləntilər və nəticələr” TƏDBİR-FOTOLAR-YENİLƏNİB-VIDEO
Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə "Avropa Oyunları: Gözləntilər və nəticələr" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada hökumət və dövlət nümayəndələri, millət vəkilləri, QHT təmsilçiləri və KİV əməkdaşları iştirak ediblər.
Tədbirə ötən gün Binəqədi rayonunda baş verən yanğın zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb.
Dəyirmi masanı giriş sözü ilə açan "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları ilə Azərbaycanın yeni bir tarixə imza atacağını bildirib: "Bu kimi beynəlxalq miqyaslı idman tədbirlərinin keçirilməsi üçün ilk olaraq maliyyə, təhlükəsizlik və təcrübə başlıca amildir. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq Azərbaycanda iqtisadi inkşafa nail olunub. Avropa Olimpiya Komitəsi İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verdi. Çünki Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyinə inam, etimad var idi. Azərbaycan ictimai sabitliyin qorunmasına görə nəinki regionda hətta dünya ölkələri sırasında ön cərgələrdədir. Birmənalı şəkildə demək olar ki, yüksək səviyyədə və uğurla İlk Avropa Oyunlarını keçirməklə dünya xalqlarının yaddaşında dərin iz buraxacağıq".
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, ən möhtəşəm idman oyunları məhz elə Avropa Oyunlarıdır: "Dünyada elə bir insan yoxdur ki, Olimpia oyunları haqqında məlumatsız olsun. Hesab edirəm ki, idman tədbirindən sonra insanların yaddaşında İlk Avropa Oyunları qalacaq. Necə ki, Yunanıstanı Olimpiya Oyunları dünyada tanıdıb, eləcə də Azərbaycanı ilk Avropa Oyunları bütün dünyada tanıdacaq. Azərbaycanda yandırılan İlk Avropa Oyunlarının məşəli davamlı olaraq dünyanı gəzəcək. Oyunlar ərəfəsində ölkəmizə təşrif buyuran bütün xarici qonaqlar Azərbaycan haqqında yetərincə məlumatlandırılacaq ki, bu da gələcəkdə ölkəmizə böyük uğurlar qazandıracaq. Bu nöqteyi nəzərdən Avropa Oyunlarını yüksək dəyərləndirirəm. Ancaq bu idman oyunlarının dəyərini anlamayan insanlar, öz maraqlarını irəli sürənlər, düşmənçilik mövqedən çıxış edən qüvvələr Azərbaycanı gözdən salmaq üçün kampaniyalar aparmaqla məşğuldurlar. Bütün bunlara baxmayaraq Azərbaycan qısa müddətdə lazım olan infrastrukturun yaradılmasına, İlk Avropa Oyunlarının təbliğat işlərinin aparılmasına nail ola bildi. Düşünürəm ki, bu kimi insanlara verilən ən doğru cavab məhz elə görülən işlərdir".
Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə İlk Avropa Oyunlarının təbliğatında, içtimaiyyətə geniş və əhatəli məlumatların çatdırılmasında mətbuatın üzərinə düşən vəzifələrdən danışıb: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müasir şəkildə dünyaya təqdim olunur. Ölkəmiz dünyanın bir parçası olaraq bütün sahələrdə olduğu kimi idman yarışlarının keçirilməsində də uğurların reallaşdırıldığı bir məkana çevrilib. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bir çox uğurlar əldə edəcək. Mətbuata gəlincə, düşünürəm ki, oyunların təbliğatı təkcə mətbuatın deyil, Azərbaycanı sevən hər bir insanın üzərinə böyük bir məsuliyyət qoyur. Mətbuat QHT-lərlə birlikdə böyük bir koalisiya yaradıb ki, orada müsbət yöndə işlər həyata keçirilir. Anti-Azərbaycan qüvvələrə qarşı müəyyən mövqelər sərgilənib, bundan sonra da bunu davam etdirəcəyik. Hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirməklə oyunların yüksək səviyyədə başa çatması üçün əlimizdən gələni əsirgəməməliyik. Dünya ictimaiyyətinə Birinci Avropa Oyunlarını təqdim etmək bizim üçün şərəfli bir vəzifədir. Çap mediası ilə yanaşı, elektron medianın da aktiv olması, sosial şəbəklərdə arqumentli şərhlər yazması vacib amildir. Xaricdən gələn qonaqlara, idmançılara, turistlərə Azərbaycanın tarixi, adət-ənənələri haqqında doğru-düzgün məlumatlar verməklə biz özümüzü yaxşı mənada təqdim etmiş olarıq. Xarici qonaqlar bəşəri dəyərlərimizin, Azərbaycan həqiqətlərinin canlı şahidi olmalıdır".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışına Yunan mifalogiyasinda odun Qaf dağında, yəni Boyuk Qafqazda tanrılar tərəfindən qorunması fikri ilə başladı: "Nəzərə alsaq ki, Qafqazda neft və qaz resursları əsasən Azərbaycan ərazisindədir, o zaman belə düşünə bilərik ki, elə odun yuvası da bizim yanardağ cografiyası olub. Yalnız Prometeyin qəhrəmanlığı və fədakarlığı sayəsində od Olimpə, Yunanıstana aparıla bilib. Bu mifoloji sujet kontekstində belə düşünə bilərik ki, müasir Azərbaycan Olimp dağında keçirilən Olimpiada oyunlarına verdiyi odu yenidən özunə qaytarmaqla bir növ tarixi missiyasını yenidən özünə qaytarır. Bu həm də oğurlanmış odumuzun yenidən ocağımıza qaytarılması kimi qəbul edilə bilər. Tarixi ədalət bu gün bərpa olunmaqdadır. Azərbaycanda tarix boyu idman ənənələri mövcud olub. Ümumiyyətlə, Azərbaycan bir sıra idman növlərinin yaradıcısıdır. Bunu tarixi dastanlarımızdan da aydın şəkildə görmək olar. Bu gün Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idman ənənələrimizi keyfiyyətcə yeni mərhələyə daşıyacaqdır. Bu təkcə Azərbaycanda deyil, ümumilikdə Avropada tarixi hadisədir. Avropanın belə bir oyunların keçirilməsinin təşəbbüskarı kimi gənc ölkə olan Azərbaycanı seçməsi təsadüfü deyil. Əslində bunun altında bir çox hadisələr cəmləşib. İdmanın gənclər arasında təbliği mühüm amildir. Çünki idman sağlamlıqdır, idman sağlam cəmiyyət, sağlam təfəkkür deməkdir. Azərbaycan kimi gənc ölkədə bu prosesin həyata keçirilməsi idmanın yüksək səviyyədə təbliğindən xəbər verir. Bu sahədə media hadisənin mahiyyətini izah etməyi bacarmalıdır. Azərbaycan mətbuatı bu idman hadisəsini siyasi proseslərdən uzaq tutmalıdır. Bilirik ki, Avropa Oyunlarını siyasiləşdirməyə çağıran, əleyhinə çağırışlar edən qüvvələr var. Hesab edirəm ki, Azərbaycan medaiasının əsas vəzifələrindən biri də hadisəni olduğu kimi işıqlandırmaqdır. Burada idman tədbiri keçiriləcək və ictimai təfəkkürdə də bu siyasi deyil, idman hadisəsi kimi qalacaq. Bu baxımdan da idman yarışmasının siyasiləşdirilməsi yolverilməzdir. Digər tərəfdən isə bu oyunların ümumxalq bayram ab-havası ilə qeyd etmək də bizlərin üzərinə düşən vəzifələrdəndir. Hesab edirik ki, nəticə etibarı ilə bu oyunlar Azərbaycana bir çox dividentlər gətirəcək".
"Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasının həmsədri Rufiz Qonaqov çıxışı zamanı bildirib ki, İlk Avropa Oyunlarının keçirilməsində vətəndaş cəmiyyəti olaraq Kütləvi İnformasiya Vasitələrinin rəhbərlərinin və eləcə də aparıcı QHT-lərlə "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasını yaratdıq: "Qısa zaman kəsiyində bütün beynəlxalq təşkilatlara göstərdik ki, Azərbaycanda vətəndaş cəmiyyəti birlikdədir, ümummilli maraqlara xidmət edir. Ayrı-ayrı fikirlər var idi ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti instiutları hansısa bir formada Avropa Oyunlarının keçirilməsinə dəstək vermir. Bu fikirlər tamamilə alt-üst oldu. Bu gün bütün vətəndaş cəmiyyətləri İlk Avropa Oyunlarının keçirilməsinə dəstək verir, öz tövfələrini əsirgəmirlər. Anti təbliğatda adları keçən beynəlxalq təşkilatlara və onların havadarlarına biz cavab verdik və gücümüzü göstərdik. Üzərimzə düşən vəzifələri dərk edirik və əminki ki, bütün vəzifələrimizin öhdəsindən gələcəyik".
Dəyirmi masada çıxış edən "Bakı Xəbər" qəzetinin baş redaktoru, "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasının həmsədri Aydın Quliyev bildirib ki, mətbuat Avropa Oyunları ilə bağlı bütün gücü ilə səfərbərdir: "Əgər Avropa Oyunlarının təbliğatına mətbuat olaraq qoşulmuşuqsa bu bizim peşə və eləcə də vətəndaş borcumuzdan irəli gəlir. 2012-ci ilin dekabrında Romada baş tutmuş Avropa Olimpia Komitəsinin Baş Assambleyasında İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsinə nəzər salanda bir neçə məqam ortaya çıxır. Belə ki, istənilən Avropa dövlətinin belə bir tədbiri keçirməyə həm maliyyəsi, həm də təcrübəsi çatırdı. Amma bu iki amil Avropa dövlətlərini risk altında qoydu. 2012-ci ildə Avropa dövlətlərində kütləvi qətliamlar baş vermişdi ki, bu da özlüyündə onlara inamı bir qədər azaldırdı. Ərəb ölkələrində yaranan iğtişaşlardan dolayı Avropaya üz tutan miqrantların da çoxluğu digər səbəb kimi göstərilə bilər. Belə şəraitdə Avropa dövlətlərinin rəhbərləri İlk Avropa Oyunlarının təhlükəsizliyini axıra kimi təmin etməyi özləri üçün riskli hesab edirdilər. Beləliklə, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə 48 ölkədən 38-nin səs verməsi böyük etimaddan doğan nəticə idi. Bu gün Azərbaycan çalışır ki, bu oyunlara özünəmxsus şəkildə ev sahibliyi etsin və öz uğurlu nəticəsi ilə yaddaşda qalsın. Tam əminliklə söyləyirəm ki, oyunların başlanmasına günlər qalsa belə, Azərbaycan Avropa konteksində artıq öz qələbəsini təmin edib".
Çıxışında Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, Avropa Olimpia Komitəsinin toplantısında 38 ölkənin Azərbaycana öz səsini verməsi böyük uğurdur: "Hansı ölkədə oyunlar keşçiriləcəkdisə Avropanın bu ölkə qarşısında beş əsas şərti qoyulmuşdu. Birinci maliyyə resursları, ikinci infrastrukturun mövcudluğu, üçüncü idman göstəricilərinin davamiyyəti, ardıcıllığı, dinamikası, dörüdncü insan resursları, beşincisi dövlətin dəstəyi və təminatı. Bu beş konsepsiyanı dəqiqliklə təhlil edərək, Avropa ölkələrinin mütləq əksəriyyətinin Azərbaycana səs verməsi artıq o demək idi ki, bundan sonra bu məsələlər ətrafında spekluasyalara yekun vuruldu. Azərbaycan dövlətinin müstəqilliyinin gənc olmasına baxmayaraq gördüyü işlər on illiklərə bərabərdir. Bu baxımdan da qəbul olunmuş 20 idman növünün 16-sı olimpia idman növü, 4 isə qeyri-olimpia idman növü oldu. Beləliklə də, qitə oyunlarının olimpia oyunları ilə bağlılığı böyük idman bayramının mahiyyətini və çəkisini artırmış oldu. Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru gedəcək. Azərbaycana qalibiyyət yaraşır".
İqtisadçı ekspert Vüqar Bayramov isə çıxışnda bildirib ki, bu Oyunlar idman oyunları olsa da ilk öncə iqtisadi bir təşəbbüsdür: "Bu Oyunlar Azərbaycan iqtisadiyyatına bir sıra dividentlər qazandıracaq. Çox təəssüf ki, "qara piar" kampaniyalarında birinci olaraq oyunlara xərclənən vəsaiti əldə edilən cari gəlirlərlə müqayisə edirlər. Bu isə tamamilə yalnışdır. İlk Avropa Oyunları iqtisadiyyatımız üçün cari divident deməkdir. Hansı ki, kiçik və orta sahibkarlar, vətəndaşlarımız bunu hiss edə biləcəklər. Nəzərə alsaq ki, beynəlxalq standartlara görə, ölkəyə gələn hər bir turist orta hesabla min dollar vəsait xərcləyir, o zaman oyunları izləməyə gələn hər bir xarici qonaq iki min dollar ölkəmizə sərmayə yönəltmiş olacaq. Bu da turizm sektorunun gəlir əldə etməsinə səbəb olan amillərdəndir. Ölkəyə gələn turist xarici valyutanı manata çevirəcək və bununla da praktiki olaraq xarici valyuta təklifinin artması yaranacaq. Valyuta bazarına 200 min dollar vəsaitin daxil olması gözlənilir. Yayım reklam sponsor gəlirləri də cari gəlir əldə etməyə gətirib çıxaracaq".
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov çıxışında deyib ki, Avropanın əksər ölkələrində Avropa Oyunları və bu mötəbər idman yarışına hazırlıla bağlı geniş təqdimatlar keçirilir: "Birmənalı şəkildə demək olar ki, avropalılar Azərbaycanla bağlı artıq geniş məlumatlara malikdirlər. Yüz mindən çox insanın Avropa Oyunlarına bilet alması da bunu təsdiq edir. Bu tədbirlər yalnız fərdlərin deyil, ümumi vətəndaşların təbliğ və təqdim edəcəyi bir məsələdir. Biz də öz növbəmizdə diaspora təşkilatı olaraq dövlətin həyata keçirdiyi siyasətə geniş şəkildə dəstək veririk".
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə Azərbaycanın dünyada artan nüfuzundan, idman ölkəsi kimi tanınmasından danışaraq bildirib ki, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi bəzi qüvvələri ciddi narahat edir: "Bu baxımdan birinci Avropa Oyunlarını boykot çağırışı ilə çıxış etməklə Azərbaycanın iqtisadi maraqlarına zərbə vurmaq və hakimiyyətlə xalq arasında etimadsızlıq mühiti yaratmağa çalışırlar. Biz gənclər olaraq bu cür qüvvələrə qarşısı istər sosial şəbəklərdə, istərsə də beynəlxalq tədbirlərdə sərt mövqeyimizi, etirazımızı bildiririk. Təbii ki, Birinci Avropa Oyunlarında gənclər qonaqların qarşılanmasında, yerləşdirilməsində və digər məsələlərdə yaxından iştirak edəcəklər".
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov tədbirdə çıxışında YAP-ın üzvü olan gənclərin Avropa Oyunlarının texniki, təşkilatı işlərində yaxından iştirak etdiklərini bildirərək qeyd edib ki, Oyunların təbliğatı məsələlərində ən böyük sosial şəbəklər olan "facebook" və "tvitter" də gücləndirilmiş şəkildə işlərimizi davam etdiririk: "Partiyamızın gəncləri bu məqsədlə müxtəlif layihələr, eləcə də flaşmoblar keçirməyi planlaşdırır".
Qloballaşma və Milli Həmrəylik təşkilatını sədri Həsən Qarayevdə çıxıçnda İlk Avropa Oyunlarının əhəmiyyətidən və oyunlara hazılıqla bağlı görülən işlərdən danışıb: "Azərbaycan bu oyunları Yay Olimpia Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün hər cür imkan və şərait mövcuddur. Dünya xalqları 2 min il keçməsinə baxmayaraq Yunanıstanda keçirilmiş Olimpia Oyunlarını unutmadıqları kimi, ilk Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycanı da unutmayacaqlar".
.jpg)






İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB