Ermənistanın "Nairit" kimyəvi zavodunun işçiləri höukəmt bunasının qarşısında oturaq etiraz aksiyası keçiriblər. Belə ki, yağışlı və soyuq havanın olmasına rəğmən, İrəvan polisinin rəsi müavini Valeri Osipyan etirazçılara çətir və "palatka" istifadəsinə qadağa qoyub. Aksiyaçılar bütün gecəni yağışda və açıq səma altında keçirmək məcburiyyətində qalıblar. SİA bu barədə "Azadıq" radiosunun İrəvan bürosuna istinadən xəbər verir.
Məlumata görə, aksiyaçılardan biri yaşanan olaya belə münasibət bildirib: "Bu insanlar 20, 30, 40 il toksoki, zəhərli sexlərdə işlədiklərinə görə, bu kimi davranışa layiq deyillər. Məgər onlar yağışda, soyuq havada altlarına örtük atıb, hökumətin nə cavab verəcəyini gözləməlidirlər? Bu insanların böyük əksəriyyəti yaşlı, eləcə də sağlamlıqlarında problemlər olanlardır. Ümumiyyətlə, hökumətin sayəsində onlar daha bir günlərini əzabla keçirməyə məcbur qaldılar".
Qeyd edək ki, aksiyanın keçirildiyi iki gündə heç bir hökumət nümayəndəsi etirazçılara yaxınalaşıb, onların probelmləri və tələbləri ilə maraqlanmayıb.
Aksiyaçılarla yalnız müxalifətçi deputatlar görüşüblər. Ermənistan parlamentinin müxalifətdən olan deputatı Nikol Paşinyab deyib ki, o, aksiyaçılarla görüşə gəlsə də onların suallarına cavab verə bilmək iqtidarında deyil. Sitat: "Mən sadəcə təəssüfləndiyimi və onların tələblərinə dəstək verdiyimi deyə bilərəm. Biz bilmək istəyirik ki, zavodla bağlı nə baş verib. Hətta bu gün həmin insanların məvacibləri ödənilsə belə, problemlər yenə də həll edilməmiş qalır. Etirazçılar haqlı olaraq sual edirlər ki, əgər yaxın günlərdə "Nairit" zavodunun əmlakı ölkənin beynəlxalq bankının həbsindən azad olunacaqsa, nəyə görə nazir (Ermənistanın təbii sərvətlər naziri-red.) bəyan edir ki, işçilərin maaşları yalnız ilin sonunda veriləcək?"
"Nairit" kimyəvi zavodunun etirazçıları sonta öz aksuyalarınl saxlasalar da, problemlərinin həll olunmayacağı zamanı növbəti və daha sərt aksiyalara gedəcəklərini deyiblər. "Heç kim ümidini itirmir və hər kəs sona qədər gedəcək "- deyə, aksiyaçılar bəyan ediblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB