Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı 2015 Avropa yay oyunlarına dəstək sosial dostluq qrupu "Anti-Azərbaycan kampaniyası Avropa yay oyunları müstəvisində" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili Fəzail Ağamalı, fəal gənclər və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən deputat Fəzail Ağamalı birinci Avropa Oyunları ərəfəsində aparılan qarayaxma kampaniyasını və ABŞ Dövlət Katibi Con Kerrinin əməllərini pisləyib. O, gəncləri daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyib. F. Ağamalı bildirib ki, ölkəmizə qarşı aparılan şər-böhtanın arxasında erməni diasporasının, lobbisinin xüsusi xidmətləri var: "Biz yumruq kimi bir olub, bu hücumları dəf etməliyik. Sizin hər birinizdən səylərinizi əsirgəməməyi arzulayıram".
Tədbir hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB