Səlim Əl-Ğaflinin diplomatik fəaliyyəti başa çatdı
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Səlim Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.
Səfir Səlim Əl-Ğafli diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.
Xarici işlər naziri Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB