"Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi milli-mənəvi dəyərlər kontekstində bir sıra tədbirlər həyata keçirir. Bunlara misal olaraq, Azərbaycan tarixinin əlamətdar günlərinə həsr olunmuş tədbirləri, dəyirmi masaları, müxtəlif aksiyaları göstərmək olar". Bunu SİA-ya YAP-ın Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, vaxtaşırı YAP GB-nin ofisində gənclərlə milli-mənəvi dəyərlər, mədəni irsimiz mövzusunda fikir mübadilələri aparılır: "Söz yox ki, bu tədbirlərdə auditoriyanın çox hissəsini gənclər təşkil edir, bu da həmin gənclərin vətənpərvərlik ruhunun aşılanması, mədəni dəyərlərimizə, tarixi köklərimizə olan sevgini artırır. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov və Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı gənclərlə "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda görüş keçirib. Görüş zamanı Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqının zəngin və dərin köklərə malik milli-mənəvi dəyərləri, o cümlədən bir xalqın mövcud olması üçün zəruri olan dil və dini tolerantlıq tezisləri ətrafında geniş müzakirələr aparılıb".
S.Orucov əlavə edib ki, Ümummilli Liderimizin təşəbbüsü ilə qeyd olunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ənənəvi tədbirlər keçirir: "Ölkə xaricində təhsil alan YAP Gənclər Birliyi üzvləri bu günün mahiyyətini əks etdirən bir sıra təbliğat xarakterli tədbirlər həyata keçirirlər. Qədim tariximizdən bu günə kimi öz dəyərini itirməyən, bu günə kimi gələn Novruz bayramının da özünəməxsus yeri var. Bununla əlaqədar olaraq YAP Gənclər Birliyi kimsəsiz, əlil ailələrə ənənə halını almış bayram sovqatı paylayır. Misal olaraq bu il keçirilmiş belə bir xeyriyyə aksiyasında 100-dən çox ailəyə sevinc bəxş edərək ailələrində bayram əhval ruhiyyəsi bəxş edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB