Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son bir ayda 842 555 manat artıb. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, 1 mart 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 62 495 671 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.
Fondun ABŞ dolları, avro və rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB