"Yəməndəki vətəndaş müharibəsi zamanı ölkənin bütün ağır silahları "Husi"lərin əlinə keçib. Bu da Səudiyyə Ərəbistan üçün böyük təhlükədir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloq xatırladıb ki, Yəməndən Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin bir milyon yarım nefti keçir: "Bütün bunlara görə Yəməndəki hadisələr ərəb ölkələrini narahat edir. Ona görə də ərəb ölkələri üsyançılara qarşı birgə mübarizə qərarı veriblər. Bu hadisə Yəmənə qarşı beynəlxalq müdaxilə olsa da bu ərəb ölkələrinin birgə qərarıdır. Orada prezidentin qeyri-qanuni devrilməsinə, hökumət binalarının zəbt olunmasına, qonşu ərəb ölkələri göz yuma bilməz. Ancaq, düşünmürəm ki, Azərbaycanın bu məsələyə hər hansı bir müdaxilə etməsinə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB