Sabir Rüstəmxanlı: “Özbəkistanda heç bir dəyişiklik olmayacaq"

Sabir Rüstəmxanlı: “Özbəkistanda heç bir dəyişiklik olmayacaq"

"Namizədlərdən hansının prezident seçilməsindən asılı olmayaraq, Azərbaycan-Özbəkistan münasibətləri olduğu kimi qalacaq və regionda heç bir dəyişiklik olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistanın regional və beynəlxalq münasibətləri hər zaman üst-üstə düşür: "Özbəkistan hər zaman Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olub. Azərbaycan hökuməti də Özbəkistanla münasibətləri prioritet hesab edir və Daşkəndlə diplomatik əlaqələrin möhkəmlənməsini Orta Asiyadakı mövqeləri baxımından vacib sayır. Özbəkistanın regiondakı nüfuzu və proseslərə təsir imkanları nəzərə alınaraq, Bakının bu istiqamətə əhəmiyyət verməsi tamamilə təbiidir. Bu baxımdan deyə bilərəm ki, namizədlərdən hansının prezident seçilməsindən asılı olmayaraq Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də inkişaf edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə