Bu gün "İrəli" İctimai Birliyi İsmayıllı rayonunda 6 ayın hesabatını verib. SİA-nın məlumatına görə, Birlik sədri Mirhəsən Seyidov ilk öncə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə birgə həyata keçirdiyi "Gənc Əkinçi" Akademiyası layihəsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihədə iştirak edən 35 nəfər gənc jurnalist martın 12-15-nə kimi yəni, 4 gün ərzində tanınmış ekspertlərdən yetərli məlumatlar əldə etdilər və öz təcrübələrini təkmilləşdirdilər".
Vurğulanıb ki, artıq Akademiya üzvləri üçün "facebook" sosial şəbəkədə "Əkinçi-2015" adlı qrup yaradılıb: "Qrupun üzvü olan şəxslər gündəlik olaraq qurumumuz haqqında yeni məlumatlar əldə edəcəklər. Bu yaxınlarda Birlik tərəfindən Yazı müsabiqəsi də təşkil olunacaq".
Azərbaycanda aparılan gənclər siyasətinə də toxunan Mirhəsən Seyidov diqqətə çatdırıb ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti aparılır: "İstər jurnalist, istər gənc olsun əgər o gənclik yaşındadırsa demək həmin şəxs gənc sayılır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının üstün cəhətlərindən biri də gənclərin peşə ixtisasları ilə bağlıdır. Əgər biz problemə düzgün yanaşsaq bunun aradan qaldırılması da bir o qədər asan olacaq. Artıq 2015-2025-ci illər "Azərbaycan Gənclərinin İnkişaf Strategiyası" ilə bağlı Dövlət Proqramı mövcuddur. Bu proqramdan irəli gələn məsələlərdən biri də gənclər təşkilatlarının gördüyü işlərlə bağlı öz hesabatları verməsini təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB