Qabil Hüseynli: “ Münaqişənin həllinə ənənəvi mövqedən yanaşırlar”

Qabil Hüseynli: “ Münaqişənin həllinə ənənəvi mövqedən yanaşırlar”

"Əgər hesabatlar obyektiv hazırlanacaqsa, burada Ermənistanın təcavüzkar dövlət olması faktı göstəriləcəksə bu hesabatların münaqişənin həlli məsələsinə çox ciddi köməyi olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, ölkəmizə gələn hər hansısa bir şəxsin əgər Dağlıq Qarabağ probleminin ümumi anatomiyasını açmaq niyyəti varsa, burada təcavüzkar ölkəyə təcavüzkar adı ilə yanaşacaqsa və əraziləri işğala məruz qalan ölkəyə ona vurulmuş maddi və mənəvi ziyanları sadalayacaqsa bu münaqişənin həllinə xeyiri dəyə biləcək bir fakt olar: "Minsk qrupunun həmsədrləri də çox zaman bölgəyə gəlirlər və soyuqqanlılıqla və laqeydliliklə münaqişənin həllinə ənənəvi mövqedən yanaşırlar. Həmsədrlər bir çox zaman hazırladıqları hesabatlarda torpaqların işğal edilməsi faktını göstərirlər amma məsələnin həllinə cəhd göstərmirlər. Yəni bir sözlə ölkəmizə gələn hər hansısa bir ölkənin rəsmi nümayəndəsi məsələyə obyektiv yanaşarsa bu problemin həllinə müsbət təsir göstərə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə