Ermənistan mavi yanacağın qiymətinin artırılmaması üçün Rusiyanın "Qazprom" şirkətinə müraciət edib. SİA "Azadlıq" radiosunun İrəvan bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin parlamentində ictimai xidmətin təşkili komissiyasının sədri Robert Nazaryan deputatların suallarını cavablandırarkən deyib.
O bildirib ki, mavi yanacağın və elektrik enerjisinin qiymət tariflərinin artması ehtimalında dramın (erməni milli valyutası-red.) dollara nisbətdə aşağı düşməsi səbəbi dayanır. "Məhz buna görə erməni tərəfi Rusiya ilə danışıqlar aparır ki, qarşı tərəf qazın qiymətini artırmasın"-deyə, Nazaryan bildirib.
Komissiya sədri həmçinin deyib ki, o, erməni tərəfinin müraciətindən sonra danışıqların hansı sonluqla bitməsindən xəbərsizdir: "Yalnız onu deyə bilərəm ki, müraciət etmişik və danışıqlar aparılır. Lakin həmin danışıqların necə başa çatacağı barədə heç nə deyə bilmərəm".
Xatırladaq ki, bu ildən etibarən Ermənistanda elektrik enerjisinə olan qiymət tarifində də növbəti artım baş verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB