Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul edib FOTOLAR

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Səfir Robert Sekuta diplomatik fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə