Tənzilə Rüstəmxanlı: “Bunlar işğalçı ölkənin rəzilliyindən xəbər verir” AÇIQLAMA
"Əgər Ermənistan tərəfi kişi axtarışındadırsa, deməli işğalçı ölkədə vəziyyət çox acınacaqlıdır". Bunu SİA-ya Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ermənilərin rus kişisi axtarmalarına münasibət bildirərkən deyib.
Birlik sədrinin sözlərinə görə, ermənilər sadəcə olaraq başqa millətlərlə evliliklərə üstünlük verirlər: "Onlar qızlarını başqa millətdən olan insanlara ərə verirlər ki, erməni lobbisini, psixologiyasını öz qadınlarının əli başqa-başqa ölkələrdə yaysınlar. Hesab edirəm ki, işğalçı ölkənin siyasəti ta qədimdən elə bu cür olub. Əgər fikir versəniz görərsiniz ki, Qarabağ hadisələri başlayanda Türkiyədə müxtəlif vəzifələrdə olan erməni xanımlar Azərbaycanın əleyhinə, Ermənistanın isə lehinə işləyirdilər. Bütün bunlar işğalçı ölkənin rəzilliyindən xəbər verir. Onlar artıq genetik olaraq məhvə məhkumdurlar. Düşünürəm ki, bu dövlət öz kini və nifrəti ilə öz sonluqlarını hazırlayırlar".
Qeyd edək ki, erməni ekspert deyir ki onun milləti 13 fərqli geni daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB