"Adətən Münxen Təhlükəsizlik Konfransında dövlət rəhbərləri özlərinin ən mühüm tezislərini, bəyanatlarını səsləndirirlər. Ermənistan tərəfi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxendəki bəyanatında hansı mövqeyi ortaya qoyacağının fərqində idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsili deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Münxendəki qətiyyətli mövqeyi ilə bildirdi ki, Azərbaycan sərhədlərində bundan sonra da hər hansısa bir təxribat törədilərsə, ona layiqli cavab veriləcək və bütün məsuliyyət də, məhz Ermənistan tərəfində olacaqdır: "Bu mövqedən sonra Ermənistan tərəfində susqunluq yaranıb. Ölkə başçısı Cənab İlham Əliyevin bütün dünya qarşısında sərt və qətiyyətli mövqe göstərməsindən sonra erməni tərəfi həddindən artıq ehtiyatlanmağa başlayıb və artıq onlar dərk edirlər ki, vəziyyət kifayət qədər mürəkkəbləşib. Artıq bu bəyanatdan sonra təmas xəttində atəşkəsin pozulması halları səngiyib. Mənim fikrimcə əgər bundan sonra da Ermənistan tərəfi müəyyən təxribatlar törətsə, Azərbaycanın çox kəskin cavab reaksiyasına dünya ictimaiyyəti də təəccüblənməməlidir. Çünki ölkə başçısı öz bəyanatında bütün dünyanı xəbərdar etdi ki, baş verə biləcək hər hansısa bir hadisəyə görə məsuliyyəti, məhz Ermənistan tərəfi daşıyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB