“Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” YENİLƏNİB
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında imzalanmış "2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı"na əsasən növbəti konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Televiviziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, MTRŞ-nın üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov, qeyri-hökumət təşkilatları və ictimaiyyətin tanınmış nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak edib.
Konfransa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
"Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və s. bu kimi aktual mövzular ətrafında müzakirələr aparılıb. Çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılmasında Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndiriblər.
AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, ailə institunun möhkəmləndirilməsi, məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliği, qadın və uşaq hüquqlarının sahəsində maarifləndirilmələrin aparılmasında dini qurumlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: "Bu siyasətin həyata keçirilməsi üçün bütün səylərimizi birləşdirməliyik. Biz vətəndaşlara dini dəyərlərin qanunvericiliklə təsdiq olunduğunu çatdırmalıyıq. Bu yanaşmanı əsas götürərək DQİDK ilə memorandum imzalamışıq. Biz bu istiqamətdə tədbirləri təkcə Bakıda deyil, rayonlarda, ucqar kəndlərdə də keçirməyi nəzərdə tuturuq".
Komitə sədri deyib ki, bu gün yetişməkdə olan gənc nəsillə xüsusi işləmək lazımdır: "Burada ilk növbədə maarifləndirmə işi daha da gücləndirilmədir. Çalışmaq lazımdır ki, onlar zərərli vərdişlərə, sosial dini radikalizmə aludə olmasınlar. İlk növbədə, qızlarımızın, qadınlarımızın maarifləndirilməsinə xüsusi diqqət göstərilməlidir. Reytinq və sensasiya xarakterli materiallar bir çox hallarda mənfi nəticələrə gətirib çıxarır. Biz dinlərə elm və mədəniyyət nümunəsi kimi yanaşmalıyıq".
DQİDK-nın sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, bu konfransların keçirilməsinin əsas qayəsi, məqsədi bu gün radikalizmə qarşı mübarizədir: "O cümlədən Ailə institutunun daha da möhkəmləndirilməsi, cəmiyyətdə din və fərdlər, din-ailə münasibətlərinin geniş şəkildə müzakirə edilməsidir. Bəzi yerlərdə qızlarımızın erkən yaşda ailə qurmasına sövq edirlər və bu cür hərəkətlərə yol verirlər. Təbii ki, burada təşviqata böyük yer verilir. Ona görə də bəziləri bunu hər hansı bir formada dinlə bağlamaq istəyirlər. Bizdə cəmiyyətə, vətəndaşlarımıza izah etməliyik ki, ailə qurulması məsələsi hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Beləcə bu məsələlərdə hər hansı bir dini ehkamı ortaya qoyaraq ondan istifadə etmək doğru olmazdı. AQUPDK ilə birgə komitəmizin keçirdiyimiz tədbirlərin də əsas məqsədi Ailə institutumuz və bütövlükdə din və ailə münasibətləri məsələlərini geniş şəkildə müxtəlif institutların, qurumların nümayəndələri ilə birlikdə müzakirə etməkdir".
Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, haqqında söhbət açılan məsələ kifayət qədər ciddi, vacib və aktualdır: "Bu məsələlərdən irəli gələn nailiyyətlərimiz, uğurlarımız, müsbət nəticələrimizlə yanaşı amma problemlərimiz hamımızı düşündürür və narahat edir. Düşünrəm ki, bu problemləri həll etmək üçün ilk növbədə həm Ailə institutunun möhkəmlənməsi, həm də dini dəyərlərin bizim mədəniyyətimizin tərkib hissəsi kimi həyatımızda da müasir dünyamızın, dünyəvi dövlətin tələblərinə uyğun kök salması üçün lazım olan qanunverici bazamız var. Bütün istiqamətlərdə fəaliyyət üçün ilk növbədə bu qanunlar əsas götürülməlidir".
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, müasir dövrün çağırışlarında Ailə institutunun çox böyük rolu var: "Biz müasir dövrün çağırışlarından qaça bilmərik. O çağırışlar biz istəsəkdə-istəməsəkdə olacaq. Sadəcə bizim qəhrəmanlığımız ondan ibarət olacaq ki, həmin çağırışlara inteqrasiya edək və o çağırışların qarşısında öz ənənəvi milli dəyərlərimizi qoruyub saxlayaq".
Daha sonra Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB