Politoloq: “70 min erməninin müstəqillik əldə etmək kimi səlahiyyətə malik deyil”
"Şotlandlar aborigen xalqdır və ona görə də öz hüquqları uğrunda mübarizə aparırlar. Ermənilər isə bölgəyə 180 il bundan öncə gətiriliblər. Buna görə də şotland məsələsi Dağlıq Qarabağa president ola bilməz". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Türkmənçay müqaviləsindən sonra Rusiyanın İrandakı səfiri Qriboyedovun fəal köməyi ilə 40 min ermənini Dağlıq Qarabağa gətiriblər: "Ona görə də aborigen olmayan, cəmi 180 il öncə bölgəyə gətirilən insanların nə referendum keçirməyə, nə Azərbaycan mərkəzi hakimiyyətinə qarşı qiyam qaldırmağa, nə də milli azadlıq hərəkatı aparıb öz müqəddəratlarını təyin etməyə haqları yoxdur. Onlar danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə Bakıdan nələrisə tələb edə bilərlər. Yəni, 70 min erməni müstəqillik əldə etmək kimi səlahiyyətə malik deyil".
Politoloq bildirib ki, artıq erməni toplumu Qərbi Azərbaycan torpaqlarında öz müqəddəratlarını təyin ediblər və Ermənistan adlı dövlət qurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB