Ermənistanın növbəti təxribatı ifşa olundu AÇIQLAMA

Elman Məmmədov: “Əks zərbələrin erməniləri bundan da pis vəziyyətə salacağına inanırıq”
Ermənistanın növbəti təxribatı ifşa olundu AÇIQLAMA

"Faktiki olaraq Azərbaycan ərazilərini işğal edən Ermənistanın havadarlarından aldıqları hərbi texnika ilə cəbhə xəttində təxribatlar törətməsi heç bir hüquqi normaya sığmır". Bu fikirləri SİA-ya millət vəkili Elman Məmmədov cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus pilotsuz uçan aparatının məhv edilməsinə münasibətini açıqlayarkən deyib.

"Bütün dünya bilir ki, acından ölən Ermənistan qiyməti heç də ucuz olmayan hərbi texnikanı haradan alır"-deyə qeyd edən millət vəkili bu silahların onlara havadarlarının hədiyyələri olduğunu qeyd edib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan tərəfi ən yüksək səviyyədə Ermənistanın bütün təxribatlarının qarşısını almağa qadirdir: "Əks zərbələrin erməniləri bundan da pis vəziyyətə salacağına inanırıq. Bu gün biz bunun bir daha şahidi olduq. Ermənilərin itkiləri məlumdur. Azərbaycan əsgərləri hər zaman torpaqlarımızın keşiyində ayıq-sayıqdırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə