AŞPA-dan Rusiya QADAĞASI

"Rusiyanın AŞPA təmsilçiliyi ötən ilin aprelindən üzləşdikləri sanksiyalar səbəbindən bu təşkilatın iclaslarında iştirak etmir". SİA xəbər verir ki, bu barədə Rusiya dövlət dumasının MDB üzrə komitə sədri Leonid Slutski "twitter" səhifəsində Rusiya nümayəndə heyətinin Strasburqda keçirilən iclasa buraxılmamaları barədə fikirlərini qeyd edərkən yazıb. "Bizim AŞPA-nın rəhbər orqanlarında iştitak etməyimizə qadağa qoyulub. Bu baxımdan, Büronun iclaslarında biz yoxuq"-deyə Slutski bildirib.

Bundan öncə isə, dövlət dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov Rusiya nümayəndə heyətinin AŞPA-nın qız sessiyasına və müxtəlif strukturlarında keçirilən iclaslara buraxılmaması barədə açıqlama vermişdi.

Xatırladaq ki, 2014-cü ilin aprel sessiyasında AŞPA Rusiya tərəfinin 2015-ci ilin yanvar ayına qədər bu qurumun iclaslarına qatılmaması və səsvermə hüququnun əlində alınması barədə qərar vermişdi. Buna səbəb isə Rusiyanın Krım ilhaqını həyata keçirməsi və yarımadanın Ukraynadan ayıraraq, öz tərkibinə qatması göstərilmişdi. Həmin vaxt Rusiya deputatları və senatorları nümayişkaranə şəkildə və etiraz əlaməti olaraq, sessiyanın işini yarımçıq tərk etmişdilər. Bundan sonra nümayəndələr Strasburqa getməyiblər və yay-payız sessiyalarının işinə qatılmayıblar.

2015-ci ilin yanvarından isə AŞPA-nın nümayəndə heyətləri formal şəkildə təsdiq olunmalıydı.

Ötən həftə isə Qərb mətbuatı Hollandiyanın AŞPA-ya təklifi müzakirə obyektinə çevrilmişdi. Belə ki, Rusiya ilə bağlı snaksiyaların vaxtının uzadılmasını təklif edən Hollandiya bu müddətin 2015-ci ilin sonuna qədər qalmasını istəyib. Lakin AŞPA rəhbərliyi bəyan etmişdi ki, bu xəbərlər doğru deyil və Hollandiya Rusiya ilə bağlı heç bir yeni snaksiya təşəbbüsü irəli sürməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə