Dilqəm Əsgərovun qardaşı narazılıq etdi AÇIQLAMA

Dilqəm Əsgərovun qardaşı narazılıq etdi AÇIQLAMA

"Çox təəssüf ki, beynəlxalq təşkilatlar ermənilər tərəfindən girov götürülən vətəndaşlarımıza qarşı ikili standartlardan yanaşırlar". Bunu SİA-ya ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov deyib.

Sahib Əsgərov bildirib ki, ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərova ötən gün geyim və ərzaq məhsulları göndərilib: "Onun son məktubu mənə gələndə vəziyyətinin yaxşı olduğunu qeyd olunmuşdu amma heç kimə sirr deyil ki, həmin məktubun özü belə ermənilərin təzyiqi ilə yazılıb. Qardaşımın vəziyyətinin nə cür olmasını onun barəsində yayılan fotolardan və videogörüntülərdən də aydın sezmək olar".

Vurğulanıb ki, çox təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələlərə tam ikili standartlardan yanaşırlar: "Mən BMT-dən çox narazıyam. Ümumiyyətlə BMT-nin Bakı ofisində bizi qəbul etməyiblər. Əgər Ermənistan Dağlıq Qarabağı, Kəlbəcəri işğal edibsə, o zaman orada olan hadisələrə görə məsuliyyəti də birbaşa rəsmi İrəvan daşıyır. Beynəlxalq təşkilatların "bizim buna hüququmuz çatmır" deməsi tamamilə reallıqdan kənar bir şeydir. Mənim qardaşım Rusiya vətəndaşıdır. Bu haqda vaxtilə Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etmişdi. Rusiya səfiri Vladimir Doroxin onun Rusiya vətəndaşı olmadığını demişdi, amma sonradan onun pasportunu təsdiqlədikdən sonra təəssüf ki, susur".

Bütün xəbərlər Facebook səhifəmizdə