"Müsavat Partiyası daxilində rəhbər postlara eyni qrup nümayəndələrinin gətirilməsi demokratik ənənələrə uyğun gəlmir". Bu sözləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı başqan müavini Gülağa Aslanlının Mərkəzi İcra Aparatına sədr seçilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, partiyada rəhbər postlara eyni qrup nümayəndələrinin gətirilməsi müxtəlif narazılıqlar yaradır və bu cür halların davam edəcəyi təqdirdə, narazılıq davam edəcək: "İstər Məclis sədrliyi, istər aparat rəhbərliyi, istər divan üzvlüyünə namizədlik olsun fərq etməz, ümumiyyətlə partiyada rəhbər mövqelərə tək bir insanı dəstəkliyən müsavatçılar seçilməməlidir. Bütün postlar hər kəsin işbilmə qabiliyyətinə, bacarığına və məsuliyyət dərəcəsinə uyğun təyin olunmalıdır. Bu cür tədbirlər də partiyanın gələcəkdə uğurlar qazanması üçün çox böyük rol oynayacaqdır".
Tural Abbaslı hesab edir ki, hazırkı rəhbərlik partiyada özlərinə komfort şərait yaratmaqdan ötrü hər cür addım atırlar: "Partiya rəhbərliyini əlində saxlamaq üçün komfort şəraitin yaradılması qəbuledilməzdir və bu da təbii ki, partiya daxilində müəyyən narahatçılıqlar doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB