Azərbaycan Milli Məclisinin 2014-cü ildə işi başa çatıb. SİA-nın məlumatına görə, parlamentin payız sessiyasında bu gün keçirilən son iclasında spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.
Parlamentin ötən mövsümdəki fəaliyyəti barədə məlumat verən O.Əsədov deyib ki, parlament sessiya ərzində 21 iclas keçirib və 286 qanun qəbul edib: "Millət vəkilləri 50-yə yaxın ölkəyə 155 səfər ediblər".
Spikerin sözlərinə görə, bu il Azərbaycan 10 beynəlxalq tədbirə ev sahibliyi edib: "Həmin tədbirlərə 1000 minə yaxın nümayəndə heyəti ölkəmizə gəlib. Bu tədbirlər öz işini müvəfəqiyyətlə həyata keçirib".
O.Əsədov, millət vəkillərinə də müraciət edib: "Hörmətli millət vəkilləri, hamınızın adından cənab prezidentimizi və ailəsini təbrik edirik. Milli Məclis adından möhtərəm prezidentə təbrik göndərilib".
O.Əsədov qeyd edib: "Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətə görə cənab Prezidentə hamımızın adından öz minnətdarlığımızı bildiririk".
Spiker qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cənab Prezidenti və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edib və Prezidentə öz fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Dövlət himninin səsləndirilməsi ilə iclas başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB