"İşçi qrupu haqqında müxalifətdəki bəzi dairələrin irəli sürdüyü ittihamlar əsassızdır". Bu fikirləri SİA-ya Helsinki Vətəndaş Assambleyanının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva onların səmərəsiz fəaliyyəti barədə iddialara münasibətini bildirərkən deyib. Hüquq müdafiəçisi deyib ki, onların məqsədləri həbsdə olanların işlərinin hakimiyyət nümayəndələri ilə birgə araşdırma aparmalarından ibarətdir: "Biz həm prokurorluq, həm ədliyyə, həm də DİN nümayəndələri ilə görüşürük, mövcud situasiyanı birgə müzakirə edirik. Yəni biz də, bizimlə işləyən digər tərəflər də ortaq məxrəcə gələrək, hər hansı problemi aradan qaldırmağa çalışırıq. Ona görə də işçi qrupuna qarşı bu və ya digər formada edilən ittihamlar sadəcə qarşı tərəfin bizim işimizi dərk etməmələri ilə bağlıdır. Lakin biz öz işimizi görürük".
Arzu Abdullayeva işçi qrupu üzvlərinin bu yaxınlarda Sülh və Demokratiya İnstirunun Bakı ofisinin rəhbəri, hazırda həbəsdə olan Leyla Yunusla da görüşdüklərini deyib: "Biz bugünlərdə Leyla Yunusla da görüş keçirmişik. Bu görüşdə heç bir problem yaşanmayıb".
Qeyd edək ki, Leyla Yunus məhbuslarla bağlı yaradılan birgə işçi qrupunu tanımadığını bəyan etmişdi. Eyni zamanda AXCP sədri Əli Kərimli də işçi qrupunda fəaliyyət göstərən Arzu Abdullayevanı, Novella Cəfəroğlunu və başqalarını hakimiyyətlə iş birliyində suçlamışdı. Lakin qarşı tərəf onlara qarşı irəli sürülən həmin ittihamları rədd edərək, bunun heç də belə olmadığını bəyan edirlər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB