Nizami I seçki dairəsindəki 35 məntəqənin 10-da
24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə 31-i daimi olmaqla 35 seçki məntəqəsi daxildir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bu da səsvermənin gedişini internet üzərindən canlı izləməyə imkan verir. Bu barədə 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov məlumat verib. O qeyd edib ki, dairə üzrə 43 min 221 seçici qeydiyyata alınıb. Saat 12-yə olan məlumata görə, seçicilərin 7617 nəfəri, yəni 17,6 faizi seçkilərdə iştirak edib.
Müşahidələr də təsdiqləyirlər ki, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB