Aleksandr Mixneviç: “Ermənistan Avrasiya İqtisadi İttifaqına Qarabağsız daxil olur”
"Dağlıq Qarabağ Avrasiya İqtisadi İttifaqına daxil olmayacaq". SİA xəbər verir ki, bu fikirləri Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç ölkənin rəsmi "belta" saytına açıqlamasımnda deyib.
Biz xüsusi olaraq diqqət yetirmişik ki, Ermənistana aid olmayan ərazilər bu ittifaqın tərkibinə daxil ola bilməz. Mixneviç qeyd edib ki, Ermənistan tərəfi bu barədə daha öncədən məlumatlandırılmışdı: "Danışıqlarda belə bir nota mövcud idi ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Bu barədə erməni tərəfinə rəsmi bəyanat da göndərilmişdi".
Xatırladaq ki, bu kimi məsələ Ermənistanın Gömrük Komitəsinə daxil olması üçün etdiyi müraciət zamanı da qaldırılmışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB