Xarici işlər naziri Nazir Elmar Məmmədyarov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A. Vex etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.
Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB