Məzahir Pənahov: "Bələdiyyə seçkilərini izləmək üçün 149 nəfər yerli müşahidəçi qeydə alınıb"

Məzahir Pənahov: "Bələdiyyə seçkilərini izləmək üçün 149 nəfər yerli müşahidəçi qeydə alınıb"

"Bələdiyyə seçkilərini izləmək üçün 149 nəfər yerli müşahidəçi qeydə alınıb". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun gündəliyində olan məsələlərin müzakirəsi zamanı deyib.

Komissiya sədrinin sözlərinə görə, MSK tərəfindən qeydə alınanlardan 76 nəfəri Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, bir nəfər isə xüsusi icazə əsasında qeydiyyata alınıb: "Yerlərdə də bu proses aparılır. DSK tərəfindən qeydiyyata alınan müşahidəçilərin sayı 11078 nəfərdir. Onlardan 5271 nəfəri öz təşəbbüsü ilə, 5806 nəfəri isə 17 siyasi partiyanın nümayəndələridir. MDB-nin Parlamentlər Assambleyasına aid olan bir QHT-dən 6 nəfərin seçki prosesini izləmək üçün qeydiyyatı aparılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə