"Türkiyənin "Sabah" kimi böyük qəzeti bilməlidir ki, "Qondarma Dağlıq Qarabağ Respublikası" müstəqil dövlət deyil. Ona görə də bu yazıya görə məsuliyyət daşımalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova deyib.
Millət vəkili bildirib ki, belə bir münasibəti hər bir ölkəndən, hətta MDB-yə üzv dövlətlərdən gözləmək olar, ancaq Türkiyədən əsla: "Çünki, onların keçmiş dövlət başçıları Süleyman Dəmirəl, hazırkı prezidentləri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlə bəyan ediblər. Ona görə də bu qəzetdəkilər bizə hörmət etmirlərsə, heç olmasa, öz dövlət başçılarına hörmət etsinlər".
E.Axundova birmənalı şəkildə bəyan edib ki, heç bir halda bu məsələyə görə, "Sabah" qəzetinə bəraət qazandırmaq olmaz: "Belə materialın yayımlanmasında bilməməzlik ola bilməz. Çünki, jurnalistlər hər şeydən agah olmalıdırlar. Bu toplum öndə gedən təbəqədir. Bunu avam adam deyə bilər, ancaq jurnalist əsla. Bundan başqa qəzetdə dərc olunan material dəfələrlə yoxlanılır, ona görə də burada bilməməzlik yox, təxribat var. Yəni, "Sabah" qəzetində dərc olunan material təxribat xarakterlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB