Üzeyir Cəfərov: “Onlar Azərbaycan əsgərinin gücünü görəcəklər” AÇIQLAMA
"Ümumiyyətlə çox təəccüb edirəm ki, ATƏT-in Minsk qrupu kimi qurumlar Azərbaycana hörmətsiz yanaşırlar". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması vurulmuş helikopterin ekipaj üzvlərinin cəsədlərini götürməyə kömək etməyəcək" fikrinə münasibət bildirərkən deyib.
Müstəqil hərbi ekspertin sözlərinə görə, onların özləri də çox gözəl bilir ki, məsələnin əsas səbəbkarı kimdir: "Bu hadisə Azərbaycan ərazisində işğalçı qoşunların nümayəndələrinin özbaşınalığı nəticəsində yaranıb. Onlar boş və mənasız bəyanatlar verməkdənsə, bir qədər Ermənistanı ciddi olmağa dəvət etsəydilər daha yaxşı olardı. Amma çox təəssüf ki, həmsədrlər davamlı surətdə Azərbaycanın haqq işini də danmağa başlayıblar. Bu şəxslər Ermənistanı qınamaqdansa, sadəcə olaraq gərginlik belə gəldi-getdi deməklə şou yaradırlar. Onlar yaxşı olardı ki, özlərində cəsarət tapıb Ermənistanı məcbur etsinlər ki, işğalçılıq siyasətindən əl çəksin. Ermənistan isə bunların havadarlığı nəticəsində, başda Rusiya, Fransa və ABŞ olmaqla özbaşınalıqlarını davam etdirir. Əgər bu davam edəcəksə, təbii ki, onlar bir qədər də şirniklənəcəklər. Həmsədrlər işğalçı dövlətə başa salmalıdırlar ki, öz hərəkətlərinə bir sərhəd qoysun və hədlərini aşmasınlar. Rəsmi Bakı hələ ki, bu məsələlərdə çox səbrlə davranır və beynəlxalq qurumların işğalçı ölkəyə təpki göstərəcəyini gözləyir. Əgər bu olmasa, onlar qısa zamanda Azərbaycan əsgərinin gücünü görəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB