Səxavət Əlisoydan Müsavatın müşavirəsinə iztehzalı MÜNASİBƏT

Səxavət Əlisoydan Müsavatın müşavirəsinə iztehzalı MÜNASİBƏT

"Hacılı 100 öküz öldürsə belə, "saxtakar" adını üstündən götürə bilməz! Bolşevik metodlarından yararlanırlar". SİA-nın məlumatına görə, bu fikirləri Müsavatın eks-başqanı İsa Qəmbərin keçmiş müşaviri, partiyadan istefa verərək, narazılar qrupunda yer alan Səxavət Əlisoy növbəti dəfə Arif Hacılını ittiham edərkən sisoal .əbəkədəi şəxsi hesabında qeyd edib.

Əlisoy qeyd edib ki, Hacılı saxtakarlığı dəfn etmək üçün "zəhmətkeş bəyanatları" yayır, fərqli düşünənlərə partiya cəzaları tətbiq edilir, ədalət tələb edənləri "satqın", "böhtançı" adlandırırlar.

Narazılar qrpunun üzvü bu gün keçiriləcək Müsavatın ümumrespublika müşavirəsinə də iztehzalı münasibət sərgiləyib: "...Partiya-təsərrüfat fəalları yığıncağı keçirib süddən çıxmış qaşıq kimi tər-təmiz olduqlarını isbatlamaq istəyəcəklər.Anlamırlar ki, saxtakarlıq da bəzi əxlaqi anormallıqlar kimidir, onu gizlətmək və ya dezinfeksiya etmək mümkün deyildir. Hacılı bundan sonra bir yox, 100 öküz öldürsə belə, "saxtakar" adını üstündən götürə bilməz!"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə