Qabil Hüseynli: “Ermənilər bu forumda nə üçün, məhz Xədicə İsmayılın plakatanı nümayiş etdiriblər?”

Qabil Hüseynli: “Ermənilər bu forumda nə üçün, məhz Xədicə İsmayılın plakatanı nümayiş etdiriblər?”

"Batumidə keçirilən forumun əsl mahiyyəti haqlı olan ölkələrə qarşı təbliğat maşınlarını öz əlləri ilə işə salmaqdır. Ancaq bizim müşahidəçilər haqlı olaraq orada ermənilərin bütün addımlarına cavab veriblər, onların düzəltdikləri foto-stendlərə etiraz ediblər və ədalətli mövqeyimizi ifadə ediblər".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Batumidə keçirilən vətəndaşı cəmiyyəti forumuna münasibət bildirən Q. Hüseynli qeyd edib ki, əslində ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lərin xarici əlaqələri ciddi şəkildə araşdırılmalıdır: "Adama sual verərlər, ermənilər bu forumda nə üçün, məhz Xədicə İsmayılın plakatanı nümayiş etdiriblər? Bu ölkədə başqa bir müxalifətçi yoxdurmu? Əslində bu sualın cavabını hər birimiz bilirik. Sadəcə ermənilərin maliyyəsi hesabına özlərinə QHT-lər yaradıb, bu tipli forumlarda ermənilərlə əlbir işləmək cinayətdən başqa bir şey deyil. O ki qaldı bu tədbirdə ermənilərin "böyük ürəklə" Azərbaycan əleyhinə təbliğat aparmasına, ermənilərin ölkəmizdə əlaltıları var. Bunlar həmin şəxslərdir ki, QHT-lərini, məhz ermənilərin pulu ilə maliyyələşdirir, çirkli oyunlarda iştirak edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə