Müdafiə naziri Pakistanda bir sıra görüşlər keçirib FOTO

Müdafiə naziri Pakistanda bir sıra görüşlər keçirib FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin Müdafiə naziri cənab Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Noyabrın 19-da müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir. Səfər noyabrın 19-da sona çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə