Uorlik: "Ümid edirəm ki, münaqişə tərəfləri arasında dialoq davam edəcək"
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam edəcəyinə ümidvar olduğunu açıqlayıb. SİA bu barədə amerikalı həmsədrin "Tvitter" səhifəsinə istinadən xəbər verir.
"Dünən baş verən hadisələrə baxmayaraq, ümid edirəm ki, prezidentlər atəşkəsə riayət edəcəklər və dialoqu davam etdirəcəklər", - deyə Uorlik səhifəsində qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB