"Məhsul" da mitinq keçirib Leyla Yunusa azadlıq tələb edənlərin kişilikləri çatmadı ki, heç olmasa 9 noyabr Bayraq günündə, erməni girovluğundakı Dilqəm Əsgərovla Şahbaz Quliyevin adlarını dillərinə gətirsinlər". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində "Milli Şura"nın keçirilən mitinqinə münasibət bildirərkən deyib.
"O adamların ki, müqəddəs bayrağımızı aparıb Kəlbəcərdə dalğalandırır və bununla da torpaqlarımızın erməni tapdağı altında qalmasıyla barışmadıqlarını, barışmayacaqlarını göstərirdilər. Görəsən, Milli Şuradakılar niyə azərbaycanlıları Qarabağsız yaşamağa alışdırmaq istəyən çevrələrin istəyilə ermənilərə işləyənlərin azadlıqlarını tələb edir, onların yox? Milli satqınlara ar olsun!" – deyə, S. Aliyev fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB