Eldar Namazovun Şahnazaryanla görüşü pislənilir İTTİHAM

Əli Orucov: “Belə bəyanatlar vermək əslində ermənilərin xeyrinə olan addımdır”
Eldar Namazovun Şahnazaryanla görüşü pislənilir İTTİHAM

"Dağlıq Qarabağ məsələsi ətrafında bəzi insanlar tərəfindən simulyasiya hallarına rəst gəlinir". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov "Azərbaycan Naminə" Forumunun rəhbəri Eldar Namazovun Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan ilə birgə bəyanat yaymasına münasibət bildirərkən deyib. Əli Orucov həmçinin qeyd edib ki, məhz Eldar Namazov kimiləri xüsusən də bir vaxtlar xalq diplomatiyası məsələsini gündəmə gətirmişdilər ki, bu da ermənilərlə işbirliyinə hesablanmış addım idi: "Nə qədər ki, ermənilər Azərbaycan torpaqlarındadı, işğal altındadır bizim ermənilrələ heç bir əlaqəmiz ola bilməz. Heç bir münasibətdən söhbət gedə bilməz. Müxtəlif adlar altında işğalçı ermənilərlə görüşlər keçirmək, bəyanatlar vermək əslində ermənilərin xeyrinə olan addımdır".

AMİP rəsmisi həmçinin qeyd edib ki, belə adamlar dünyanın diqqətini erməni işğalçılığından yayındıraraq, ermənilərin əlinə arqument verirlər: "Bu isə qəbuledilən amil deyil. Hesab edirəm ki, belə təmaslardan qaçınmaq lazımdır".

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən digər ictimai-siyasi tərəflər, vətəndaş cəmiyyətinin üzvləri də Eldar Namazovun David Şahnazaryanla görüşərək, Dağlıq Qarabağ məsələsi ətrafında etdiyi manipulyasiyaları pisləyiblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə