Müsavatda fraksiya söhbəti BÖYÜYÜR

Səxavət Soltanlı: "Siyasi partiya daxilində fraksiyanın olması partiyanın siyasi xəttinə qarşı çıxmaqdır"
Müsavatda fraksiya söhbəti BÖYÜYÜR

Müsavat Partiyasında Qubad İbadoğlu və Tural Abbaslı tərəfdarları arasındagəlinən birgə razılığa əsasən yaradılacaq fraksiya ətrafında müzakirələr pik həddinə çatıb. SİA-nın məlumatına görə, Müsavat Partiyasının aparıcı funksionerlərindən biri olan Səxavət Soltanlı "facebook" hesabında paylaşdığı statusunda fraksiyaçılıq tərəfdarlarını savadsız və Müsavatın siyasi xəttinə çıxanlar dalandırıb. Sitat: "...İnsanlar dovlətlə partiyanı aid edə bilməyəcək dərəcədə savadsızdır. Siyasi partiya daxilində fraksiyanın olması siyasi partiyanın siyasi xəttinə qarşı çıxmaqdır. Bu isə həmin siyasi partiyanın rəqiblərinin maraqlarının təmin edilməsidir".

Xatırladaq ki, başqanlığa namizəd olmuş keçmiş Divan üzvü Tural Abbaslının saytımıza verdiyi açıqlamasına görə, fraksiyanın yaradılması partiya Nizamnaməsinə ziddilik təşkil etmir.

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli isə sözügedən mövzuda sərgilədiyi münasibətində fraksiya tərəfdarlarının Nizamnaməni pozduqlarını və orada belə bir müddəanın olmadığını qeyd etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə