Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının direktor müavini Maqdi Martinez-Solimanı qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə AİDA və BMT İnkişaf Proqramının reallaşdırdığı birgə layihələr müzakirə edilib.
Söhbət zamanı həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB