Amerika Yəhudiləri Yardım Təşkilatını təmsil edən heyət Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ilə görüşüb. SİA-nın məlumatına görə, Kamal Abdulla qonaqları salamlayaraq dövlətin tolerantlıq siyasətindən və ölkə prezidentinin buna qayğısından danışıb.
Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Shmeuel Simatov təşkilat haqqında məlumat verib. O deyib ki, İsrail vətəndaşı olsa da, özünü daim azərbaycanlı kimi hiss edir: "Bu gün Azərbaycan tolerantlığı ilə nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir".
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB