Mirzə Sakit Şakir Abbasovu Müdafiə etdi

“Partiyanın Əcinnə-Şəyatinlərlə zənginləşməsində onun əvəzsiz xidmətləri olubmuş”
Mirzə Sakit Şakir Abbasovu Müdafiə etdi

AXCP sədrinin müşavirilik postundan və partiyadan istefa verən Şakir Abbasov partiya mənsubları tərəfindən sosial şəbəkədə təhqir obyektinə çevrilib. SİA-nın məlumatına görə, keçmiş cəbhəçi, vaxtilə "Azadlıq" qəzetində satirik yazılar dərc etdirən Mirzə Sakit şəxsi facebook hesabında Şakir Abbasovu müdafiə edən, AXCP rəhbərliyini isə tənqid edən yazı paylaşıb. "Şakir Abbasov "Xalq düşməni" adını və "Xəyanət" ordenini qazanmaq imkanı əldə edib, inşallah"- deyə qeyd edən keçmiş AXCP üzvü Əli Kərimlinin və onun ətrafının keçmiş müşavirə qarşı hücumuna da ironik münasibət bildirib: "Sən demə 20 il bundan öncə partiyanın Əcinnə-Şəyatinlərlə zənginləşməsində onun əvəzsiz xidmətləri olubmuş…Şakir bəyi təbrik edirəm !!...".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə