“Azərbaycanın ərazi bütövlüyü təmin olunsa, regionda əməkdaşlıqdan söhbət gedə bilər” AÇIQLAMA
"Azərbaycan bir çox dövlətlərlə, o cümlədən Rusiya ilə ikitərəfli əməkdaşlıq edir". Bu isə ölkəmizin müstəqilliyinə və milli maraqlarına uyğundur". Bunu SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli ötən gün Azərbaycan və Rusiya müdafiə nazirləri arasında keçirilən görüşə münasibət bildirərkən deyib.
Hərbi ekspertin sözlərinə görə, heç kimə sirr deyil ki, Rusiya böyük dövlətdir və regionda əsas söz sahibi olan ölkələrdən biridir: "Eləcə də rəsmi Moskva ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunur. Biz çox maraqlıyıq ki, Rusiya, Fransa və ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləsin. Hərbi əməkdaşlığa gəldikdə isə deyə bilərəm ki, biz dünyanın bir çox ölkələrindən olduğu kimi Rusiyadan da müasir silahlar alırıq. Təbii ki, bu da bizim dövlət müstəqilliyimizi qorumaq və ordumuzu gücləndirmək üçün çox vacibdir. Bu gün heç kimə sirr deyil ki, Rusiyanın Ermənistanda hərbi bazaları var. Biz çalışırıq ki, Rusiyanın Ermənistanda hərbi, siyasi təsiri azalsın və ədalətli mövqe tutsun. Bu prosesləri həmçinin ABŞ və Fransadan da gözləyirik. Hesab edirik ki, bu münaqişədə Azərbaycanın ərazi bütövlüyü təmin olunsa, regionda daha geniş əməkdaşlıqdan söhbət gedə bilər".
Xəzərdə hərbi təlimlərin keçirilməsi məsələsinə də münasibət bildirən Emin Həsənli bildirib ki, həmin mövzu predmeti bu yaxınlarda 5 dövlətin rəhbərlərinin Həştərxanda görüşü zamanı da səsləndirilib: "Biz çox maraqlıyıq ki, Rusiya və İran da bu məsələlərdə səmimi mövqe tutsunlar və bununla da Xəzər dənizini əməkdaşlıq dənizi, eləcə də mədəniyyətlərin qovuşduğu dənizə çevirək. Beləcə Xəzər dənizində donanma saxlamağa da ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB