"İŞİD dünyada beynəlxalq sülhü, insanlığı ciddi təhdid edən təhlükədir. Belə bir təşkilatın bayrağının "Milli Şura"nın mitinqində qaldırılması hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
M.Səfərli hesab edir ki, radikal müxalifət partiyaları üzərlərinə düşən missiyanı anlamır və ona görə də hakimiyyətə qanuni yolla iddia etmir: "Radikal müxalifət partiyalarının sıralarında çoxlu insanlar var ki, ciddi qanun pozuntularına yol verirlər. Bunun nəticəsidir ki, radikal müxalifət sıralarında bir çox insan dövlətə xəyanətdə ittiham olunurlar. Ona görə də belə partiyaların fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır".
Partiya sədri vurğulayıb ki, AXCP fəalları İŞİD bayrağı qaldırırlarsa, deməli onlar bu təhlükəli terror qruplaşmasını dəstəkləyir: "Bu bayrağı AXCP üzvü qaldırırsa, deməli onlar İŞİD-i dəstəkləyir. Yəni bu addım birmənalı şəkildə İŞİD-in dəstəklənməsi deməkdir. Hesab edirəm ki, bu qanunazidd hərəkətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB