IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları Gəncədə olub FOTOLAR
Artıq bir neçə gün bundan əvvəl yekunlaşan Bakı IV Beynəlxalq Humanitar Forumun iştirakçıları Gəncədə olublar. SİA-nın məlumatəna görə, Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib və Məqbərə-Kompleksi seyr edib, Nizami Muzeyində şairin həyat və yaradıcılığını, onun əsərlərinin dünyəvi sənətkar olaraq, bütün xalqlar tərəfindən sevildiyini əks etdirən eksponatlara baxıblar.
Qonaqlar açıq səma altında tarixi muzey olan Cavadxan küçəsinə, Gəncənin qəhrəman sərkərdəsinin Məqbərəsinə gəliblər. Milli ornamentlərlə bəzədilmiş qədim memarlıq abidələri,şəhərin füsunkar gözəlliyi, insanların qonaqpərvərliyi, tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə sonsuz hörmət və məhəbbəti hər kəsdə xoş duyğular yaradıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB