Vüqar Rəhimzadə: “Avropa Parlamenti heç bir əsasa söykənməyən qondarma qətnamə qəbul edib” AÇIQLAMA
"Çox təəssüflər olsun ki, Avropa Parlamenti heç bir əsasa söykənməyən, qondarma qətnamə qəbul edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, Avropa Parlamentinin məlum qətnaməni qəbul etməsi, müəyyən mənada Leyla Yunus və onun kimi insanların "xidməti"nin nəticəsidir. Eyni zamanda bu hadisə L.Yunus kimilərin mahiyyətini ifadə edir: "Bu, bir daha avropalı deputatların qərəzli, qeyri-obyektiv olduqlarını ortaya qoyur. Hətta deyərdim ki, bütün bunlar ölkəmizə qarşı təzyiq vasitəsidir. Avropa Parlamentində bu qətnaməni qəbul edənlərin əksəriyyəti Azərbaycanda olmayıblar. Axı necə ola bilər ki, onlar bu qərarı versinlər? Bu, onların yanlış olduqlarını bir daha təsdiq edir. Azərbaycan müstəqil dövlətdir və özünün müstəqil siyasəti var. Avropa Parlamentində əyləşən və qərəzli qətnamələr qəbul edənlərin əksəriyyəti anti-Azərbaycan qüvvələrin əlində alətə çevriliblər. Hesab edirəm ki, bütün bunlar onların özlərinə qarşı yönəlib və demokratik prinsiplərə kifayət qədər zərər vuran əsaslar yaradıb.
Ermənilərə, ermənipərəst qüvvələrə, Azərbaycanın düşmənlərinə xidmət göstərən Leyla Yunusu müdafiə etməyin özü birmənalı şəkildə onların qərəzli olduqlarına bir işərədir. Hətta onlar Ermənistanda da Leyla Yunusu müdafiə etməyə cəhd göstəriblər. Bununla belə digər beynəlxalq təşkilatlar da çalışırlar ki, ermənilərə xidmət edən, siyasətlərinə dəstək olan Leyla Yunus və onun kimiləri müdafiə etsinlər. Düşünürəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları haqlı olaraq lazımi tədbirlər görüblər və Leyla Yunusu məsuliyyətə cəlb ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB