Tahir Kərimli İsa Qəmbərlə aralarında baş verən qalmaqaldan danışdı
Vəhdət Partiyasının sədri Tahir Kərimli "Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzinin "Azərbaycanda demokratiyanın vəziyyəti" mövzusunda keçirdiyi konfransda Müsavat başqanı İsa Qəmbərlə aralarında baş verən qalmaqala aydınlıq gətirib. Partiya sədri SİA-ya açıqlamasında deyib ki, konfransdakı çıxışı zamanı illərdir konstruktiv müxalifətə qarşı əsassız ittihamlarla çıxış edənlərə tutarlı cavab verib: "Müxalifət hər zaman bizi ittiham edirdi ki, onların arxasınca danışırıq, üzlərinə qarşı heç nə demirik. Ona görə də partiyada belə qərara gəldik ki, konfransda iştirak edək və fikirlərimizi onların nəzərinə çatdıraq. Bu məqsədlə partiyamız konfransa iki nəfər nümayəndə ilə qatılıb".
"Konfransdakı çıxışımda bildirdim ki, sizlər Azərbaycanda hakimiyyətə gələ bilməzsiniz. Əgər gəlsəniz belə ölkədə sabitliyi qoruyub, saxlaya bilməyəcəksiniz. Çünki heç bir gücünüz yoxdur. Xalq sizləri dəstəkləmir. Azərbaycandan hansısa xarici dövlətlərin nümayəndələrinə, səfirlərinə şikayətlər etməklə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycanda həlledici qüvvə iqtidardır və məsələlərinizi yalnız onunla dialoq qurmaqla həll edə bilərsiniz. Əgər siz atdığınız addımlarla iqtidara düşmən olmadığınızı və doğrudan da ölkədə olan hər hansı bir problemi həll etməyə çalışdığınızı hiss etdirsəniz, o zaman hörmət görərsiniz. Ona görə də adekvat gücünüz olmadan, xalq müdrikdir deməklə heç nə əldə edə bilməyəcəksiniz"-, deyə T.Kərimli bildirib.
Partiya sədri deyib ki, bu çıxışından sonra bəziləri onu iqtidarın nümayəndəsi adlandırsalar da konfransda iştirak edənlərin əksəriyyəti müxalifətlə bağlı dediklərində haqlı olduğunu bildiriblər və dəstəkləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB